Ana Sayfa > Karusel / Qarabağ > Laçınlılar növbəti ağacəkmə iməciliyi keçirdilər

Laçınlılar növbəti ağacəkmə iməciliyi keçirdilər


6-02-2021, 13:01. Yazar: Admin
Ölkəmizdə davamlı olaraq həyata keçirilən ağacəkmə təşəbbüsünə böyük həvəslə qoşulan laçınlılar 06.02.2021-ci il tarixdə Ağcabədi rayonu Taxta Körpü ərazisində növbəti ağacəkmə iməciliyi keçirmişlər.
Laçın Rayon İcra Hakimiyyətindən Qarabaginfo.az-a verilən məlumata görə rayon İH-nin başçısı Aqil Nəzərlinin iştirakı ilə keçirilən tədbirdə çoxsaylı rayon gəncləri, qəsəbə sakinləri iştirak edib. Tədbir iştirakçıları tərəfindən Taxta Körpü qəsəbəsindəki Heydər Əliyev prospekti boyunca 750 ədəddən çox həmişəyaşıl və digər növ ağaclar əkilib. Keçirilən ağacəkmə hər bir iştirakçıda yüksək əhval-ruhiyyə yaratmaqla qəsəbə sakinləri tərəfindən də razılıqla qarşılanmışdır.

Geri dön