Ana Sayfa > Karusel / Dünya > Tramp İranla münaqişədə Los-Anceles və San-Dieqonun məhv edilməsini mümkün hesab edir

Tramp İranla münaqişədə Los-Anceles və San-Dieqonun məhv edilməsini mümkün hesab edir


Bu gün, 14:09. Yazar: Admin

ABŞ Prezidenti Donald Tramp

 

ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin kəskinləşəcəyi təqdirdə, Los-Anceles və San-Dieqonun məhv edilə biləcəyini deyib.

ABŞ mediasının xəbərinə görə, Donald Tramp Nebraskadakı tərəfdarları qarşısında çıxışı zamanı bu məsələyə toxunub.

“Qoyun onlar Los-Ancelesi, San-Dieqonu məhv etsinlər. Bu, ödəyəcəyimiz çox kiçik bir qiymət olacaq”, - Tramp İranın ABŞ şəhərlərinə hücum edə biləcəyi ssenariyə işarə edib.

Tramp müharibənin bütövlükdə bitdiyini, lakin bir müddət davam edə biləcəyini vurğulayıb.


Geri dön