Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə Trans-Xəzər fiber-optik kabel xəttinin çəkilişini oktyabr ayında başa çatdıracaq.
Qarabaginfo.az xəbər verir ki, bunu Qazaxıstanın Baş nazirinin müavini - süni intellekt və rəqəmsal inkişaf naziri Jaslan Madiyev hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, Sumqayıt sahilindən Aktau sahilinədək 390 kilometr fiber-optik kabel çəkilib.
Layihə “Kazakhtelecom” və Azərbaycanın “AzerTelecom” şirkətləri tərəfindən həyata keçirilir. Trans-Xəzər fiber-optik kabel xətti Avropa ilə Asiya arasında yüksək sürətli məlumat ötürülməsi üçün alternativ rəqəmsal marşrut yaradacaq.
Qeyd edək ki, layihə “Rəqəmsal İpək Yolu” təşəbbüsünün əsas komponentlərindən biridir. Xəttin maksimal ötürmə qabiliyyətinin 400 Tbit/s-ə qədər olacağı bildirilir.