Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Topu azarkeşin üzünə vurdu - Diskvalifikasiya olundu
Ana Sayfa > Karusel / İdman > Topu azarkeşin üzünə vurdu - Diskvalifikasiya olundu

Topu azarkeşin üzünə vurdu - Diskvalifikasiya olundu


6-10-2026, 07:26. Yazar: Admin

topu-azarkesin-uzune-vurdu

Tanınmış rusiyalı tennisçi Daniil Medvedev Pekin turnirinin yarımfinal matçında diskvalifikasiya edilib.

Qarabaginfo.az xəbər verir ki, buna idmançının kortda törətdiyi insident səbəb olub.

Belə ki, Novak Cokoviçə qarşı keçirilən qarşılaşmanın ikinci setində D. Medvedev əsəblərinə hakim ola bilməyərək topu güclü zərbə ilə tribunaya tərəf vurub. Nəticədə top azarkeşlərdən birinin üzünə dəyib.

Xəsarət alan şəxs dərhal tibbi yardım göstərilməsi üçün ərazidən aparılıb. Qaydaları kobud şəkildə pozan tennisçi isə hakimin qərarı ilə yarışdan kənarlaşdırılıb.


Geri dön