Ana Sayfa > Karusel / Region > Türkiyə hərbçiləri kəndlilərə hücum edən terroçuları zərərsizləşdirib
Türkiyə hərbçiləri kəndlilərə hücum edən terroçuları zərərsizləşdirib6-02-2021, 12:16. Yazar: Admin |
Türkiyə Silahlı Qüvvələrinin antiterror əməliyyatı həyata keçirdiyi “Fırat kalkanı” (“Fərat qalxanı”) bölgəsində terrorçu PKK/YPG-PYD qruplaşmasının 3 silahlısı zərərsizləşdirilib. Qarabaginfo.az xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, terrorçu PKK/YPG-PYD üzvləri Suriyanın Azez bölgəsində zeytun toplayan kəndlilərə hücum edib. Türkiyə komandosları onlara atəş açmaqla cavab verib. Nəticədə hücum edən terrorçulardan üçü məhv edilib.(Report) Geri dön |