Ana Sayfa > Karusel / Siyasət > Ceyhun Bayramov nigeriyalı həmkarı ilə çoxtərəfli platformalarda əməkdaşlıq gündəliyini müzakirə edib
Ceyhun Bayramov nigeriyalı həmkarı ilə çoxtərəfli platformalarda əməkdaşlıq gündəliyini müzakirə edibDünən, 22:34. Yazar: Admin |
|
Qarabaginfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Tərəflər İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Parlamentlərarası İttifaq, D-8 və digər platformalarda əməkdaşlığın əhəmiyyətini qeyd edib, qarşılıqlı dəstəyin və əlaqələndirmənin gücləndirilməsinin vacibliyini vurğulayıblar. Ceyhun Bayramov Azərbaycanın Afrika ölkələri ilə əlaqələrin inkişafını xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi nəzərdən keçirdiyini bildirib. Bu çərçivədə Nigeriya ilə siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, həmçinin Azərbaycanın təqaüd proqramları çərçivəsində Nigeriya vətəndaşları üçün yaradılan imkanların əhəmiyyəti vurğulanıb. Tərəflər regional və beynəlxalq gündəlikdə duran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar. Geri dön |