Ana Sayfa > Karusel / Siyasət > Məkkə Sazişinin Strateji Siyasi və Müdafiə Komitəsinin iclası başa çatıb

Məkkə Sazişinin Strateji Siyasi və Müdafiə Komitəsinin iclası başa çatıb


Dünən, 22:33. Yazar: Admin

Türkiyənin xarici işlər naziri Hakan Fidan, Pakistanın Baş naziri Məhəmməd İshaq Dar, Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud

 

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda “Ortaq Müdafiə üçün Məkkə Sazişi” çərçivəsində Strateji Siyasi və Müdafiə Komitəsinin iclası başa çatıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

İclasda Türkiyə tərəfdən xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler və Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlu iştirak ediblər.

İclasdan sonra Türkiyə mediasına danışan Hakan Fidan toplantıda hərbi, texniki o cümlədən Yəmən məsələsinin müzakirə edildiyini bildirib.

“Yəmən məsələsi ilə bağlı Səudiyyə Ərəbistanının müdafiəsinə hansı dəstəyin göstərilə biləcəyini və problemin sülh yolu ilə, dialoq vasitəsilə həlli imkanlarını müzakirə etdik. Səudiyyə Ərəbistanının məsələyə çox konstruktiv yanaşması var”, – deyə Hakan Fidan qeyd edib.


Geri dön