Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Zelenski: Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu Türkiyə gəmisini dronla vurub
Ana Sayfa > Karusel / Dünya > Zelenski: Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu Türkiyə gəmisini dronla vurub

Zelenski: Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu Türkiyə gəmisini dronla vurub


Dünən, 21:35. Yazar: Admin

Ukrayna Prezidenti Volodimir Zelenski

 

Rusiya ordusu Qara dənizin neytral sularında taxıl daşıyan mülki gəmiyə iki dronla zərbə endirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında yazıb.

Onun sözlərinə görə, gəmi Türkiyəyə məxsus olub. Hücum nəticəsində kapitan ölüb.

Zelenski gəmidə Azərbaycan və Hindistan vətəndaşlarının olduğunu qeyd edib.

“Təəssüf ki, gəminin kapitanı ölüb. Digər şəxsin taleyi isə araşdırılır”, - Ukrayna Prezidenti vurğulayıb.

O əlavə edib ki, gəmidən 11 nəfər xilas edilib, onlardan biri xəsarət alıb.

Qeyd edək ki, Qara dənizdə Rumıniyanın ərazi sularından kənarda üzən gəminin dronla vurulduğuna dair məlumat yayılıb.


Geri dön