Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Estoniya parlamentinin nümayəndə heyəti Azərbaycana səfər edəcək
Ana Sayfa > Karusel / Siyasət > Estoniya parlamentinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

Estoniya parlamentinin nümayəndə heyəti Azərbaycana səfər edəcək


Dünən, 15:19. Yazar: Admin

Estoniya parlamentinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

Estoniya parlamentinin nümayəndə heyəti 6-8 oktyabr tarixlərində Azərbaycana səfər edəcək.

Qarabaginfo.az-ın xəbərinə görə, nümayəndə heyətinə Estoniya parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Marko Mihkelson, parlamentin üzvləri - Xarici Əlaqələr Komitəsinin üzvləri Henn Polluaas, Eerik-Niiles Kross və Birgit Keerd-Leppik daxildir.

Səfər çərçivəsində Azərbaycan və Estoniya arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərin müzakirəsi nəzərdə tutulur.

Nümayəndə heyətini Estoniyanın Azərbaycandakı səfiri Tiina Nirk müşayiət edəcək.


Geri dön