Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Kreml Estoniyanın Rusiya ilə sərhədə qoşun yerləşdirməsi xəbərinə münasibət bildirib
Ana Sayfa > Karusel / Siyasət > Kreml Estoniyanın Rusiya ilə sərhədə qoşun yerləşdirməsi xəbərinə münasibət bildirib

Kreml Estoniyanın Rusiya ilə sərhədə qoşun yerləşdirməsi xəbərinə münasibət bildirib


Dünən, 15:12. Yazar: Admin

 

Kreml: Rusiya Yaxın Şərqlə bağlı razılığa gəlmək üçün kömək etməyə hazırdır » Qarabaginfo.az

Rusiyanın sərhədləri boyunca vəziyyəti izləmək üçün bütün kəşfiyyat imkanları var.

Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Estoniyanın Rusiya ilə sərhədə qoşun yerləşdirməsi xəbərinə münasibət bildirərkən deyib.

“Şübhəsiz ki, Müdafiə Nazirliyi ilə digər müvafiq xidmətlərimiz sərhədimiz ətrafındakı vəziyyəti izləmək və düzgün qiymətləndirmək üçün lazımi kəşfiyyat imkanlarına malikdir”, - Rusiya Prezidentinin sözçüsü vurğulayıb.

Qeyd edək ki, “Financial Times” Estoniyanın Rusiya ilə sərhədə qoşun yığması barədə məlumat yayıb. Məlumata görə, Estoniya “aktiv müdafiə” adlandırılan proqram çərçivəsində qoşunlarını Rusiya sərhədinə doğru fəal şəkildə yerləşdirir.


Geri dön