Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > İsrail ordusu Suriyanın cənubunda bir nəfəri öldürüb
Ana Sayfa > Karusel / Dünya > İsrail ordusu Suriyanın cənubunda bir nəfəri öldürüb

İsrail ordusu Suriyanın cənubunda bir nəfəri öldürüb


5-10-2026, 07:53. Yazar: Admin

İsrail ordusu Suriyanın cənubunda bir nəfəri öldürüb

İsrail ordusu Suriyanın cənubunda işğal altında saxladığı ərazidəki hərbi mövqeyə sızmağa çalışdığını iddia etdiyi bir nəfəri öldürüb.

Qarabginfo.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, şübhəli şəxs İsrail ordusunun mövqeyinə daxil olmağa çalışarkən aşkar edilib və atəş açılaraq öldürülüb. İsrail tərəfi hərbçiləri arasında ölən və ya yaralananın olmadığını açıqlayıb.

İsrail ordusunun Suriyanın cənubundakı işğal etdiyi ərazidə fəaliyyətini davam etdirəcəyi bildirilib. Suriya hakimiyyəti hadisə ilə bağlı hələlik açıqlama verməyib.

Bundan başqa, İsrail əsgərlərinin Suriyanın Qüneytra əyalətində Əl-Əsbah kəndinə daxil olaraq evlərdə axtarış apardığı bildirilib.


Geri dön