Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib, bir nəfər yaralanıb - VİDEO
Ana Sayfa > Karusel / Hadisə > Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib, bir nəfər yaralanıb - VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib, bir nəfər yaralanıb - VİDEO


4-10-2026, 10:25. Yazar: Admin

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib, bir nəfər yaralanıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Qarabaginfo.az-a FHN Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yeddimərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 62 kv.m. olan 2 otaqlı mənzildə yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən edilib.

Partlayış nəticəsində evə ziyan dəyib, 1 kv.m sahədə ev əşyaları yanıb, 1 nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.


Geri dön