Ana Sayfa > Karusel / Hadisə > Daha bir rayonda əməliyyat: vəzifəli şəxslər saxlanıldı
Daha bir rayonda əməliyyat: vəzifəli şəxslər saxlanıldı5-02-2021, 15:24. Yazar: Admin |
13:36 Daşkəsən rayonunun Xoşbulaq kənd Bələdiyyəsinin sədri Allahverdiyev Rasim Məhəmməd oğlu və ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri işləmiş Şahbaz Mehdiyev saxlanılıb. Qarabaginfo.az Unikal.org-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində hər iki şəxs korrupsiya və torpaq satışı ilə bağlı yol verdikləri qanunsuz əməllərə görə saxlanılıb. Qeyd edək ki, R. Allahverdiyev 1999-cu ildən bələdiyyə sədridir. Şahbaz Mehdiyev isə ləğv olunan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri vəzifəsində işləyib.
Geri dön |