Ana Sayfa > Karusel / Dünya > Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb


4-10-2026, 07:32. Yazar: Admin

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırması epidemiyası tamamilə nəzarətə götürülüb.

RFI radiostansiyası xəbər verir ki, bu barədə mətbuat konfransında KDR-in səhiyyə naziri Samuel Roje Kamba bildirib.

"Epidemiyanın piki artıq geridə qalıb. Epidemiya daha bizim nəzarətimizdən çıxmır. Əvvəllər biz yalnız onun inkişafını izləyirdik, indi isə qabaqlayıcı addımlar atırıq", - o qeyd edib.

Nazirin sözlərinə görə, Ebola xəstələrinin aşkarlandığı 63 tibb zonasından 19-da artıq azı üç həftədir ki, qızdırmaya yeni yoluxma halları qeydə alınmır.

KDR Səhiyyə Nazirliyinin son məlumatlarına görə, Eboladan ölənlərin sayı 4 018 nəfərə, xəstələnənlərin sayı isə 8 300 nəfərdir. Ölüm səviyyəsi 48,4 % təşkil edir. Xəstəxanalarda və tibbi təcridxanalarda xəstəlik simptomları olan 842 pasiyent var

 


Geri dön