Ana Sayfa > Karusel / Kriminal > Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb


Bu gün, 18:11. Yazar: Admin

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakının Nəsimi rayonu ərazisində vətəndaşların etibarından sui-istifadə edilərək pul vəsaitlərinin ələ keçirilməsi faktları qeydə alınıb.

DİN-dən Qarabaginfo.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən M.Ələkbərzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, M.Ələkbərzadə müxtəlif vətəndaşlara övladlarının xaricdə təhsil almasına, digər təhsil müəssisələrinə transferinə və bu sahədə müxtəlif məsələlərin həllinə köməklik göstərəcəyini vəd edib. O, bu məqsədlə vətəndaşlardan birindən 9000, digərindən isə 3000 manat alaraq verdiyi vədlərə əməl etməyib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

 


Geri dön