Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Kaşpirovski vəfat etdi
Ana Sayfa > Karusel / Dünya > Kaşpirovski vəfat etdi

Kaşpirovski vəfat etdi


Dünən, 13:17. Yazar: Admin

kaspirovski-vefat-etdi

Məşhur ekstrasens və teleaparıcı Anatoli Kaşpirovski 87 yaşında vəfat edib. 

Qarabaginfo.az xəbər verir ki, bu barədə teleaparıcı Andrey Malaxov özünün “Telegram” kanalında məlumat yayıb. 

“Anatoli Mixayloviç Kaşpirovski artıq aramızda deyil”, - paylaşımda deyilir. 

Qeyd edək ki, Anatoli Kaşpirovski sovet və postsovet dövründə məşhurlaşmış psixoterapevt və teleaparıcıdır. O, 1980-ci illərin sonlarında televiziya vasitəsilə kütləvi psixoterapiya seansları keçirməsi ilə məşhurlaşıb. Onun fəaliyyətinə münasibət birmənalı olmayıb, tətbiq etdiyi üsullar isə elmi baxımdan mübahisəli hesab edilib. 2006-cı ildə Çelyabinskdə Kaşpirovski xalq təbabəti ilə qanunsuz məşğul olduğuna görə inzibati məsuliyyətə cəlb olunub. 2024-cü ildə isə o, kütləvi seanslarını yenidən bərpa edib və öz brendinin məhsullarını satmağa başlayıb.


Geri dön