Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ana Sayfa > Karusel / Siyasət > Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb


3-10-2026, 13:02. Yazar: Admin

Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə telefonla danışıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Seyid Abbas Əraqçinin sosial media hesabında məlumat yayılıb.

Bildirilib ki, bu gün səhər saatlarında baş tutan telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli münasibətlərinin son vəziyyəti və əlaqələrə dair məsələlər müzakirə olunub.

Ceyhun Bayramov iranlı həmkarına bacısının vəfatı ilə əlaqədar başsağlığı verib.


Geri dön