Ana Sayfa > Karusel / İqtisadiyyat > Avropa İttifaqında qazın qiyməti 140% artıb

Avropa İttifaqında qazın qiyməti 140% artıb


Bu gün, 15:42. Yazar: Admin

Avropa İttifaqında qazın qiyməti 140% artıb

Avropa İttifaqında (Aİ) qazın qiyməti bu ilin fevral ayından 140%, dizel yanacağının qiyməti isə 100% artıb.

"TASS" xəbər verir ki, bunu Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyu Brüsseldə keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, Avropa Komissiyası fevral ayından etibarən qaz və neft üzrə ekspert koordinasiya qrupları vasitəsilə vəziyyəti yaxından izləyir.

“Bu vaxtdan etibarən qazın qiyməti 140% artıb, dizelin qiyməti isə iki dəfə yüksəlib”, - Paula Pinyu qeyd edib.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.


Geri dön