Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Novak: Rusiyada neft emalı zavodlarına edilən dron hücumlarından dəyən ziyan azalıb
Ana Sayfa > Karusel / Dünya > Novak: Rusiyada neft emalı zavodlarına edilən dron hücumlarından dəyən ziyan azalıb

Novak: Rusiyada neft emalı zavodlarına edilən dron hücumlarından dəyən ziyan azalıb


Bu gün, 15:22. Yazar: Admin

Rusiya Baş nazirinin müavini Aleksandr Novak

 

Rusiyada neft emalı zavodlarına edilən dron hücumlarından dəyən ziyan azalıb, passiv müdafiə tədbirləri görülüb.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.

Onun sözlərinə görə, dünən gecə dörd neft emalı zavoduna hücum edilib. Novak dörd PUA hücumunu dəf edildiyini və yalnız NEZ-in zərər gördüyünü deyib: "Hakimiyyət orqanları neft emalı zavodlarını dəstəkləmək üçün tədbirlər hazırlayıb".

Novak qeyd edib ki, Rusiya dizel yanacağı bazarı balanslaşdırılıb və kifayət qədər yanacaq var: "İstehsalı artırsaq, Rusiya dizel ixracını aça bilər. Benzin ixracına qoyulan qadağa müvəqqətidir, çünki yanacaq istehsalı adətən tələbatdan 10% yüksəkdir".

 

O, Rusiyanın ucqar və şimal bölgələrinin yanacaqla tam təmin edildiyini də əlavə edib: "️Şirkətlər idxal neft məhsulları tədarük edir, bazar yenidən balanslaşdırıldıqdan sonra Rusiya daxili yanacaqdan istifadə edəcək və ixracata qayıdacaq".


Geri dön