Ana Sayfa > Karusel / İqtisadiyyat > Moskvada Abxaziya vasitəsilə Rusiya, Gürcüstan və Ermənistan arasında dəmir yolu layihəsi təqdim edilib

Moskvada Abxaziya vasitəsilə Rusiya, Gürcüstan və Ermənistan arasında dəmir yolu layihəsi təqdim edilib


Bu gün, 15:10. Yazar: Admin

Moskvada Abxaziya vasitəsilə Rusiya, Gürcüstan və Ermənistan arasında dəmir yolu layihəsi təqdim edilib

Moskvada Rusiya, Gürcüstan və Ermənistan arasında Qara dəniz sahili boyunca “Putinin yolu” adlı dəmir yolu və avtomobil yolu bağlantısı layihəsi təqdim edilib.

Bu barədə “Vektor Kavkaza” məlumat yayıb.

Məlumata görə, sentyabrın 28-də Moskvada “Cənubi Qafqazın nəqliyyat-logistika şəbəkələrinin inkişaf perspektivləri” mövzusunda keçirilən beynəlxalq konfransda Kremlyönlü tədqiqat qurumları Rusiya, Gürcüstan və Ermənistan arasında Qara dəniz sahili üzərindən “Putinin yolu” adlı dəmir yolu və avtomobil yolu layihəsini təqdim ediblər.

Bildirilib ki, Rusiyanın Kommunikasiyaların İnkişafı üzrə Milli Tədqiqat İnstitutunun direktoru Vladislav Qasumyanov tərəfindən hazırlanan plana bir sıra erməni ekspertləri tərəfindən fəal şəkildə lobbiçilik edir.


Geri dön