Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Papuaşvili: Xarici fondlar Gürcüstanda siyasi missiya yerinə yetirə bilməz
Ana Sayfa > Karusel / Region > Papuaşvili: Xarici fondlar Gürcüstanda siyasi missiya yerinə yetirə bilməz

Papuaşvili: Xarici fondlar Gürcüstanda siyasi missiya yerinə yetirə bilməz


Bu gün, 15:09. Yazar: Admin

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili

 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Almaniyanın Konrad Adenauer Fondunun Tbilisidəki ofisini bağlamasına münasibət bildirib.

Qarabaginfo.az xəbər verir ki, spiker Gürcüstan hökumətinin təşkilata fəaliyyət istiqamətlərindən siyasi layihələri çıxarmağı təklif etdiyini deyib.

O, fondun Gürcüstanda qeyri-siyasi fəaliyyətdə maraqlı olmadığını qeyd edib.

“Xarici partiya və fondların Gürcüstanda yerinə yetirməli olduğu hər hansı bir siyasi missiya yoxdur. Təsəvvür edin ki, “Gürcü Arzusu” Almaniyada siyasi fəaliyyət göstərməyə başlayıb. Almaniya hakimiyyətinin “Gürcü Arzusu”na Berlində və yaxud istənilən digər şəhərdə siyasi missiya reallaşdırmağa icazə verəcəyinə çox şübhə edirəm”, - deyə Şalva Papuaşvili əlavə edib.

Parlament sədri qeyd edib ki, gürcü xalqının Gürcüstanda donor fəaliyyəti ilə məşğul olan təşkilatlara inamı itib, çünki xarici maliyyələşdirmə ölkədə radikal siyasi gündəliyin təşviqi üçün istifadə olunur.

Qeyd edək ki, Almaniyanın konservativ Xristian-Demokratik İttifaqı partiyası ilə sıx bağlı olan Konrad Adenauer Fondu Tbilisidəki ofisinin bağlanması səbəbini Gürcüstan hökuməti tərəfindən müəyyən edilmiş siyasi və hüquqi mühitlə izah edib.


Geri dön