Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
Ana Sayfa > Karusel / Sosial > Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək

Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək


Bu gün, 15:05. Yazar: Admin

Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək

Sabah Azərbaycanda hava necə olacaq?

Oktyabrın 3-də gözlənilən hava proqnozu açıqlanıb.

Bakıda və Abşeron yarımadasında hava necə olacaq?

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a  verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-15° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 12-16° isti, gündüz 16-20° isti, dağlarda 2-5° isti, gündüz 5-8° isti olacaq.


Geri dön