Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > AMB-nin valyuta ehtiyatları 15,4 mlrd. dollara yaxınlaşıb
Ana Sayfa > Karusel / İqtisadiyyat > AMB-nin valyuta ehtiyatları 15,4 mlrd. dollara yaxınlaşıb

AMB-nin valyuta ehtiyatları 15,4 mlrd. dollara yaxınlaşıb


2-10-2026, 14:40. Yazar: Admin

AMB-nin valyuta ehtiyatları 15,4 mlrd. dollara yaxınlaşıb

Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 2026-cı ilin sentyabrında artmaqda davam edib.

Qarabaginfo.az xəbər verir ki, sentyabrın 30-na AMB-nin rəsmi valyuta ehtiyatları 15 milyard 363,4 milyon ABŞ dolları təşkil edib.

Bu göstərici avqustun sonu ilə müqayisədə 62,1 milyon dollar və ya 0,4% çoxdur. Avqustun 31-də ehtiyatların həcmi 15 milyard 301,3 milyon dollar olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə Mərkəzi Bankın valyuta ehtiyatları 4 milyard 52,9 milyon dollar və ya 35,8% artıb. 2025-ci il sentyabrın 30-da ehtiyatlar 11 milyard 310,5 milyon dollar təşkil edib.

2025-ci ilin sonu ilə müqayisədə ehtiyatlarda 3 milyard 848,5 milyon dollar və ya 33,4% artım qeydə alınıb. Belə ki, ötən ilin sonunda AMB-nin rəsmi valyuta ehtiyatları 11 milyard 514,9 milyon dollar səviyyəsində olub.


Geri dön