Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azərbaycan Prezidentinin köməkçisi Ermənistan hökumətinə çağırış edib
Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan Prezidentinin köməkçisi Ermənistan hökumətinə çağırış edib

Azərbaycan Prezidentinin köməkçisi Ermənistan hökumətinə çağırış edib


2-10-2026, 14:19. Yazar: Admin

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev

 

Ermənistan cəmiyyətində müşahidə olunan bəzi tendensiyalar Azərbaycanı narahat edir.

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda çıxışı zamanı deyib.

O, xüsusilə Ermənistan gəncləri arasında revanşist düşüncələrin mövcudluğunu narahatedici məqam kimi qeyd edib və Ermənistan hökumətini cəmiyyətin sülhə hazırlanması istiqamətində daha fəal çalışmağa çağırıb.

“Daha bir narahatedici məqam revanşizmin Ermənistan gəncləri arasında da yaşamasıdır. Təəssüf ki, onlar hələ də revanşizm prizmasından düşünürlər. Bu, narahatedici haldır. Buna görə də Ermənistan hökumətini öz xalqını sülhə hazırlamaq üçün çox ciddi çalışmağa çağırırıq”, - Hikmət Hacıyev bildirib.


Geri dön