Cənubi Koreya Prezidenti Li Çje Men Ukraynanın iki Şimali Koreya hərbi əsirinin ölkəyə təhvil verilməsi ilə bağlı məxfilik razılaşmasının mövcudluğunu qəbul etməyəcəyi və üzr istəməyəcəyi təqdirdə əlavə tədbirlər görüləcəyini bildirib.
Qarabaginfo.az xəbər verir ki, Li Çje Men bu barədə “X” hesabında paylaşım edib.
“Faktları qəbul etməkdən və açıq şəkildə üzr istəməkdən imtina davam edərsə, əlavə tədbirlər görəcəyik”, – Cənubi Koreya Prezidenti yazıb.
Məlumata görə, söhbət Ukraynanın Rusiya tərəfində döyüşərkən əsir götürülmüş iki Şimali Koreya hərbçisini Cənubi Koreyaya təhvil verməsindən gedir. Seul Kiyevin bu təhvilvermə ilə bağlı məxfilik razılaşmasını pozduğunu bildirir, Ukrayna isə belə bir razılaşmanın mövcudluğunu təkzib edir.