Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > “Bloomberg”: Aİ Ukraynaya əlavə 27 milyard avro ayırmaqdan imtina edib
Ana Sayfa > Karusel / Dünya > “Bloomberg”: Aİ Ukraynaya əlavə 27 milyard avro ayırmaqdan imtina edib

“Bloomberg”: Aİ Ukraynaya əlavə 27 milyard avro ayırmaqdan imtina edib


2-10-2026, 06:31. Yazar: Admin

“Bloomberg”: Aİ Ukraynaya əlavə 27 milyard avro ayırmaqdan imtina edib

Avropa İttifaqı Ukraynanın əlavə 27 milyard avro maliyyə vəsaitinin ayrılması ilə bağlı müraciətini təmin etməyib.

Bu barədə “Bloomberg“ Avropa mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Kiyev 2027-ci ilin sonunadək nəzərdə tutulan 90 milyard avroluq maliyyələşdirmə proqramı çərçivəsində ödənişlərin sürətləndirilməsi də daxil olmaqla əlavə 27 milyard avro istəyib.

Aİ isə Ukraynadan maliyyə vəsaitlərinin mərhələli şəkildə ayrılması üçün nəzərdə tutulan islahatların davam etdirilməsini tələb edib.

“Bloomberg“ yazır ki, cari il üçün planlaşdırılan ilk 45 milyard avronun ayrılması da həmin islahatların həyata keçirilməsi ilə əlaqələndirilib. Avropa İttifaqı bununla ödənişlərin sürətləndirilməyəcəyini Kiyevə çatdırıb.


Geri dön