Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > İnam Kərimov: Azərbaycanda hakimlərin sayını 800 nəfərə çatdırmaq niyyətindəyik
Ana Sayfa > Karusel / Siyasət > İnam Kərimov: Azərbaycanda hakimlərin sayını 800 nəfərə çatdırmaq niyyətindəyik

İnam Kərimov: Azərbaycanda hakimlərin sayını 800 nəfərə çatdırmaq niyyətindəyik


Bu gün, 20:24. Yazar: Admin

 

Picture background

İş yükünün idarə edilməsində hakimlərin sayı və peşəkarlığı vacib amillərdəndir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə APA-ya müsahibəsində Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov deyib.

Onun sözlərinə görə, Azərbaycanda hər 100 min nəfərə təqribən 7 hakim düşür: “Avropada isə orta göstərici 21-dir. Məsələn, Türkiyədə hər 100 min nəfərə 19 hakim düşür, İtaliya, Fransa və İspaniya kimi ölkələrdə isə bu göstərici 11–12 hakim arasında dəyişir. Qonşu Gürcüstanda hər 100 min nəfərə 10 hakim düşür. Biz Azərbaycanda hakimlərin sayını qısa müddət ərzində nəzərdə tutulmuş ştat sayına — 800 nəfərə çatdırmaq niyyətindəyik”.

İnam Kərimov vurğulayıb ki, hazırda məqsəd təkcə hakimlərin sayını artırmaq deyil, həm də müasir kommunikasiya imkanlarından və elektronlaşmadan istifadə edərək bu sahədə insan əməyinə olan ehtiyacı daha da optimallaşdırmaqdır.

 


Geri dön