Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Britaniya səfiri İran XİN-ə çağırılıb
Ana Sayfa > Karusel / Siyasət > Britaniya səfiri İran XİN-ə çağırılıb

Britaniya səfiri İran XİN-ə çağırılıb


Bu gün, 20:03. Yazar: Admin

Britaniya səfiri İran XİN-ə çağırılıb

Britaniyanın İrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Qarabaginfo.az-ın Tehran bürosunun məlumatına görə, diplomat Britaniya hökumətinin İrana qarşı davamlı destruktiv siyasəti ilə bağlı İranın kəskin etirazı ona çatdırılıb.

İran Xarici İşlər Nazirliyinin məlumatına görə, Britaniya səfiri İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxt-Rəvənçi tərəfindən çağırılıb.

Görüşdə İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Britaniya hökumətinin İrana qarşı törətdiyi çoxsaylı qanun pozuntularına görə beynəlxalq məsuliyyətini xatırladıb.

Təxt-Rəvənçi xüsusilə ABŞ və İsrailin İrana qarşı hərbi təcavüzünün hazırlanması və həyata keçirilməsi üçün Britaniyanın nəzarətində olan hərbi bazaların və imkanların istifadəyə verildiyini bildirib.

“Britaniya hökumətinin son vaxtlar Fayerford aviabazasında təxribat hazırlığı bəhanəsi ilə əsassız ittihamlar irəli sürməsi Britaniyanın İran xalqına qarşı hərbi təcavüzdə əlbirliyini heç bir şəkildə kölgədə qoya bilməz. Britaniya hökuməti təcavüz cinayətində və ABŞ və sionist rejim tərəfindən törədilən hərbi cinayətlərdə iştirakına görə cavab verməlidir”, - o deyib.

Məlumata görə, Təxt-Rəvənçi Britaniya rəsmilərinin Fayerford hərbi bazasında təxribat planını İranla əlaqələndirən əsassız iddiasını rədd edib və Britaniya hökumətinin bununla bağlı rəsmi izahat verməsinin, eləcə də İrana qarşı yolverilməz mövqeyini dəyişməsinin vacibliyini vurğulayıb.


Geri dön