Ana Sayfa > Karusel / Gündəm > Dumanlı hava şəraiti nə vaxtadək davam edəcək?

Dumanlı hava şəraiti nə vaxtadək davam edəcək?


5-02-2021, 12:19. Yazar: Admin

Dumanlı hava şəraiti nə vaxtadək davam edəcək?

“Bakıda və Abşeron yarımadasında gecə və gündüz  saatlarında müşahidə olunan temperatur fərqi az olduğundan inversiya qatı əmələ gəlib”.

Qarabaginfo.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki,  Xəzər dənizi üzərində formalaşan duman qatı arabir güclənən cənub-şərq küləyi nəticəsində Abşeron yarımadasına daxil olub və dumanın əmələ gəlməsinə şərait yaranıb: “Fevralın 6-sı gündüzədək fasilələrlə duman olacağı proqnozlaşdırılır”. (APA)


Geri dön