Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ronaldonun Portuqaliya yığmasında geyindiyi 7 nömrəli forma Rafael Leaoya verilib
Ana Sayfa > Karusel / İdman > Ronaldonun Portuqaliya yığmasında geyindiyi 7 nömrəli forma Rafael Leaoya verilib

Ronaldonun Portuqaliya yığmasında geyindiyi 7 nömrəli forma Rafael Leaoya verilib


Bu gün, 17:37. Yazar: Admin

Ronaldonun Portuqaliya yığmasında geyindiyi 7 nömrəli forma Rafael Leaoya verilib

Portuqaliya millisinin Danimarka ilə UEFA Millətlər Liqası matçı üçün futbolçuların forma nömrələri açıqlanıb.
Qarabaginfo.az xəbər verir ki, yığmanın düşərgəsini tərk edən Kriştiano Ronaldonun uzun illərdir geyindiyi 7 nömrəli forma Rafael Leaoya verilib.

“Qalatasaray”ın futbolçusu Danimarka ilə görüşdə 7 nömrə ilə meydana çıxacaq.

Leao millidə daha əvvəl 17 nömrəli formanı geyinirdi. Onun əvvəlki nömrəsi isə Fabio Silvaya verilib.

Qeyd edək ki, Ronaldo baş məşqçi Jorje Jezuşla yaşanan gərginlik fonunda Portuqaliya millisinin düşərgəsini tərk edib.

41 yaşlı futbolçu səbəblərlə bağlı daha sonra açıqlama verəcəyini bildirib.


Geri dön