Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Fransada etirazlarda məktəblər yandırılıb, saxlanılanların sayı 600-ü ötüb
Ana Sayfa > Karusel / Dünya > Fransada etirazlarda məktəblər yandırılıb, saxlanılanların sayı 600-ü ötüb

Fransada etirazlarda məktəblər yandırılıb, saxlanılanların sayı 600-ü ötüb


Bu gün, 16:40. Yazar: Admin

Fransada etirazlarda məktəblər yandırılıb, saxlanılanların sayı 600-ü ötüb

Fransada etirazlar zamanı zorakılıq halları artıb.

“Reuters“in xəbərinə görə, hücum edən şəxslər məktəb direktorunun üzərinə benzin töküb, ən azı iki məktəbdə yanğın törədib.

Polisin bildirdiyinə görə, Marseldəki “Saint-Exupery” liseyində yanğını söndürmək üçün əraziyə gələn yanğınsöndürən maşınının ətrafını yüzlərlə gənc mühasirəyə alıb. Onlar yanğınsöndürənləri maşını tərk etməyə məcbur edib, daha sonra isə nəqliyyat vasitəsini yandırıblar.

Məlumata görə, hadisələr müəllim çatışmazlığı, siniflərdə şagird sayının çoxluğu, uzun dərs saatları və məktəb binalarının yararsız vəziyyətinə etirazlar fonunda baş verib.

Fransanın daxili işlər naziri Laurent Nünez bildirib ki, etirazlar zamanı 625 nəfər saxlanılıb. Aksiyalar 356 məktəbə təsir edib, 83 polis və jandarm yaralanıb.

Etirazlar əvvəlcə Paris və ətrafında başlayıb, daha sonra ölkənin digər bölgələrinə yayılıb. Şagirdlər təhsil şəraitinin yaxşılaşdırılmasını tələb edir və aksiyaların vandalizm məqsədi daşımadığını bildirirlər.

Fransa Prezidenti Emmanuel Makron zorakılıq hallarını pisləyib.


Geri dön