Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Türkiyənin müdafiə naziri: Ən yaxşı şəkildə hazırlaşacağıq, amma sülh içində yaşayacağıq
Ana Sayfa > Karusel / Dünya > Türkiyənin müdafiə naziri: Ən yaxşı şəkildə hazırlaşacağıq, amma sülh içində yaşayacağıq

Türkiyənin müdafiə naziri: Ən yaxşı şəkildə hazırlaşacağıq, amma sülh içində yaşayacağıq


Bu gün, 16:39. Yazar: Admin

Türkiyənin müdafiə naziri Yaşar Gülər

 

"Bölgəmizdəki vəziyyəti nəzərə alaraq “döyüşə hazır ol” deməkdən başqa şansımız yoxdur. Ən yaxşı şəkildə hazırlaşacağıq, amma sülh içində yaşayacağıq”.

Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyə Silahlı Qüvvələrinin komandan heyəti ilə birlikdə “Birliyin Gücü – 2026” təlimini izləyən müdafiə naziri Yaşar Gülər təlimdə iştirak edən hərbçilərə müraciətində deyib.

Türkiyənin müdafiə naziri çıxışında Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin təlimi həm planlaşdırma, həm də icra baxımından uğurla başa vurduğunu bildirib.

O, təlimin planlaşdırılmasında və keçirilməsində iştirak edən hərbçilərə, eləcə də quru qoşunları, hərbi dəniz qüvvələri, hava qüvvələri və komandan heyətinə təşəkkür edib, onlara uğurlar arzulayıb.


Geri dön