Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Britaniya Rusiyanın Arktik qazdaşıyan tankerlərinə sanksiya tətbiq edib
Ana Sayfa > Karusel / Dünya > Britaniya Rusiyanın Arktik qazdaşıyan tankerlərinə sanksiya tətbiq edib

Britaniya Rusiyanın Arktik qazdaşıyan tankerlərinə sanksiya tətbiq edib


Bu gün, 15:03. Yazar: Admin

Britaniya Rusiyanın Arktik qazdaşıyan tankerlərinə sanksiya tətbiq edib

Böyük Britaniya Rusiyanın mayeləşdirilmiş təbii qaz daşıyan 8 tankerinə qarşı sanksiya tətbiq edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin yenilənmiş sanksiya siyahısında məlumat verilib.

Siyahıya Rusiyanın yeni Arktik qazdaşıyan tankerləri – “Aleksey Kosıgin”, “Konstantin Posyet” və “Pyotr Stolıpin” də daxil edilib.

Bununla da Böyük Britaniyanın Rusiyanın LNG daşımaları ilə bağlı tətbiq etdiyi məhdudiyyətlərin əhatə dairəsi genişləndirilib.


Geri dön