Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > İran Rubionun Əraqçiyə ABŞ-ı dərhal tərk etmək barədə göstəriş verdiyinə dair yayılan xəbəri təkzib edib
Ana Sayfa > Karusel / Siyasət > İran Rubionun Əraqçiyə ABŞ-ı dərhal tərk etmək barədə göstəriş verdiyinə dair yayılan xəbəri təkzib edib

İran Rubionun Əraqçiyə ABŞ-ı dərhal tərk etmək barədə göstəriş verdiyinə dair yayılan xəbəri təkzib edib


Bu gün, 14:56. Yazar: Admin

İran Rubionun Əraqçiyə ABŞ-ı dərhal tərk etmək barədə göstəriş verdiyinə dair yayılan xəbəri təkzib edib

İranın BMT-dəki nümayəndəliyi ABŞ dövlət katibi Marko Rubionun İran nümayəndə heyətinin Nyu-Yorku dərhal tərk etməл barədə göstəriş verdiyinə dair yayılan xəbərləri təkzib edib.

Qarabaginfo.az-ın məlumatına görə, bu barədə Nümayəndəlik “X” sosial şəbəkəsində açıqlama yayımlayıb.

Açıqlamada bildirilib ki, İran nümayəndə heyəti bazar ertəsi axşam əvvəlcədən müəyyən edilmiş qrafikə uyğun olaraq Nyu-Yorku tərk edib.

“Bu qrafik sentyabrın 17-də ABŞ Dövlət Departamentinə də bildirilib”, – açıqlamada qeyd olunub.

Nümayəndəlik yayılan xəbərləri əsassız adlandırıb.

Qeyd edək ki, “Axios”un ABŞ rəsmisinə istinadən yaydığı məlumata görə, Marko Rubio Vaşinqton və Tehran arasında danışıqların dalana dirənməsindən sonra İranın BMT Baş Assambleyasındakı nümayəndə heyətinin ABŞ-ı dərhal tərk etməsini tələb edib.


Geri dön