Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > KİV: Rusiya Kiyevdə Nüvə Tədqiqatları İnstitutuna dron zərbəsi endirib
Ana Sayfa > Karusel / Siyasət > KİV: Rusiya Kiyevdə Nüvə Tədqiqatları İnstitutuna dron zərbəsi endirib

KİV: Rusiya Kiyevdə Nüvə Tədqiqatları İnstitutuna dron zərbəsi endirib


Bu gün, 14:42. Yazar: Admin

KİV: Rusiya Kiyevdə Nüvə Tədqiqatları İnstitutuna dron zərbəsi endirib

Rusiya ordusu Kiyevdə Ukrayna Milli Elmlər Akademiyasının Nüvə Tədqiqatları İnstitutunun ərazisinə PUA ilə zərbə endirib.

Bu barədə “Suspilne” Ukraynanın Dövlət Nüvə Tənzimləmə Xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, institutun ərazisində VVR-M tədqiqat reaktoru yerləşir. Sentyabrın 30-da gecə endirilən zərbə nəticəsində ərazidə baş verən yanğın daha sonra söndürülüb.

Dövlət Nüvə Tənzimləmə Xidmətinin məlumatına görə, reaktorun özü və təhlükəsizlik baxımından mühüm sistemlər zədələnməyib, radiasiya fonunda da dəyişiklik qeydə alınmayıb.


Geri dön