Ana Sayfa > Karusel / Siyasət > Zaxarova Paşinyanın Rusiya ilə münasibətlər barədə bəyanatına münasibət bildirib
Zaxarova Paşinyanın Rusiya ilə münasibətlər barədə bəyanatına münasibət bildiribBu gün, 21:23. Yazar: Admin |
|
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan baş naziri Nikol Paşinyanın “Rusiya ilə münasibətlər əvvəlki kimi olmayacaq” bəyanatına münasibət bildirib. Qarabaginfo.az xəbər verir ki, bu gün keçirdiyi ənənəvi brifinqdə Rusiya XİN sözçüsü Paşinyanın bəyanatına aydınlıq gətirməsini gözləməyi məsləhət görüb: “Anlamaq lazımdır ki, Nikol Vovayeviç Paşinyan İrəvanla Moskva arasındakı münasibətlər əvvəlki kimi olmayacaq” deyəndə nəyi nəzrdə tutub? Bəlkə o, münasibətlərin daha yaxşı olacağını nəzərdə tutub. Ona görə də, gəlin, onun bununla bağlı aydınlaşdırmasını gözləyək. Sona şərh edərik”. Qeyd edək ki, Paşinyan İrəvanla Moskva arasında münasibətlərin əvvəlki kimi olmayacağını, münasibətlərin transformasiya mərhələsindən keçdiyini söyləyib. O, bu dəyişikliklərin ilk növbədə Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması ilə bağlı olduğunu, bu sülhün Ermənistanla Rusiya arasındakı münasibətləri də təbii olaraq dəyişəcəyini bildirib. Geri dön |