Ana Sayfa > Karusel / Siyasət > MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək

MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək


Bu gün, 17:13. Yazar: Admin

MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək

Türkmənistanda Müstəqil Dövlətlər Birliyi (MDB) xarici işlər nazirləri Şurasının iclası keçiriləcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Aşqabadda MDB XİN başçıları Şurasının iclası oktyabrın 7-də baş tutacaq.

Zaxarova Rusiya XİN başçısı Sergey Lavrovun iclasda iştirak edəcəyini söyləyib.


Geri dön