Ana Sayfa > Karusel / Sosial > Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslər müəyyənləşir

Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslər müəyyənləşir


Bu gün, 16:47. Yazar: Admin

Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslər müəyyənləşir

Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslər müəyyənləşir.

Qarabaginfo.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən yeni – V-I fəsildə əksini tapıb.

Təyin edilən aylıq pensiya əlavəsinin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Bu, 2026-cı il oktyabrın 1-dən tətbiq edilir. Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslərə ödənilən əlavə təyin edilmiş pensiyanın növünə uyğun olaraq müəyyən edilir. Bu zaman müxtəlif pensiya əlavəsi almaq hüququ olan şəxslərə öz arzuları ilə aylıq pensiya əlavəsinin yalnız biri təyin olunur.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.


Geri dön