Ana Sayfa > Karusel / Gündəm > Kamil Zeynallı ictimaiyyəti aldatdı
Kamil Zeynallı ictimaiyyəti aldatdı5-02-2021, 11:22. Yazar: Admin |
Bəzi sosial şəbəkə hesablarında və xəbər saytlarında Kamil Zeynallı adlı vətəndaşın Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidməti tərəfindən təltif olunması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Xatırladaq ki, idmançı və bloger kimi tanınan Kamil Zeynallı sosial şəbəkələrdə yazdığı məlumatda iki medala layiq görüldüyünü bildirib. Həmin açıqlamasında K.Zeynallı Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-polkovnik Arzu Rəhimova və onun birinci müavini general-mayor Mayıl Şahverdiyevə təşəkkür edərək, "Milli Ordu - 100" və "Vətən naminə" medallarıyla təltif olunduğunu bildirib. Onun sözlərinə görə, Vətən müharibəzi zamanı göstərdiyi fəaliyyətə görə layiq görüldüyü medalları tezliklə ona təqdim edəcəklər. Geri dön |