İsrail ordusu “Qolani” briqadasının hərbçilərinin Livanın cənubundan çıxarıldığını açıqlayıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə İsrail ordusunun yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, 36-cı diviziyanın tərkibində olan hərbçilər bir neçə ay ərzində Livanın cənubunda ordunun “təhlükəsizlik zonası” adlandırdığı ərazidə əməliyyatlar keçirib. Hərbçilər Beaufort silsiləsi ətrafında fəaliyyət göstərib, həmçinin bu yaxınlarda Litani çayı ərazisində əməliyyatı tamamlayıblar.
İsrail ordusunun məlumatına görə, əməliyyatlar zamanı “Hizbullah” tərəfindən istifadə edildiyi bildirilən 900-dən çox obyekt məhv edilib.