Ana Sayfa > Karusel / İqtisadiyyat > Qazaxıstan və Almaniya Avropaya neft və qaz tədarükü sahəsində əməkdaşlıq edəcək

Qazaxıstan və Almaniya Avropaya neft və qaz tədarükü sahəsində əməkdaşlıq edəcək


Bu gün, 21:33. Yazar: Admin

Qazaxıstan və Almaniya Avropaya neft və qaz tədarükü sahəsində əməkdaşlıq edəcək

Qazaxıstan və Almaniya enerji təhlükəsizliyi, o cümlədən Avropaya neft və qaz tədarükü sahəsində əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Berlində keçirilən görüşünün yekunlarına dair qəbul edilmiş birgə bəyannamədə bildirilib.

Sənədə əsasən, tərəflər enerji mənbələrinin və tədarük marşrutlarının şaxələndirilməsi, Avropaya neft və qaz nəqlinin genişləndirilməsi istiqamətində sıx əməkdaşlığı alqışlayıblar.

Astana və Berlin Qazaxıstan-Almaniya enerji dialoqu və Almaniya Xarici İşlər Nazirliyinin Astanadakı “H2-Diplo” ofisi çərçivəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər. Əməkdaşlıq enerji təchizatının etibarlılığının artırılması, enerji dəhlizlərinin inkişafı, sənayenin dekarbonizasiyası, bərpaolunan enerji mənbələrindən və yaşıl hidrogendən istifadənin genişləndirilməsini əhatə edəcək.

Bəyannamədə, həmçinin Mərkəzi Asiya ölkələri ilə Almaniya arasında “C5+1” formatında əməkdaşlığın davam etdirilməsi və yaxın vaxtlarda üçüncü sammitin keçirilməsinin planlaşdırıldığı qeyd olunub.


Geri dön