Ana Sayfa > Karusel / Hadisə > Beyləqanda elektrik yarımstansiyasında yanğın olub

Beyləqanda elektrik yarımstansiyasında yanğın olub


Bu gün, 21:06. Yazar: Admin

Beyləqanda elektrik yarımstansiyasında yanğın olub

Beyləqan rayonunda elektrik yarımstansiyasında yanğın baş verib.

Qarabaginfo.az-ın məlumatına görə, hadisə rayonun Daşburun qəsəbəsində qeydə alınıb.

Güclü yanğın səbəbindən bir neçə yaşayış məntəqəsində elektrik enerjisinin verilişi dayanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin briqadaları, xüsusi texnika və canlı qüvvə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğının başvermə səbəbləri araşdırılır.


Geri dön