Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Çimərliklərdə ən çox boğulma təhlükəsi olan ərazilər açıqlandı
Ana Sayfa > Karusel / Sosial > Çimərliklərdə ən çox boğulma təhlükəsi olan ərazilər açıqlandı

Çimərliklərdə ən çox boğulma təhlükəsi olan ərazilər açıqlandı


29-09-2026, 15:00. Yazar: Admin

 

Bu il ərzində dənizdə 23 nəfər, göllərdə 3, çaylarda 5, suvarma kanallarında 18, su anbarlarında isə 5 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qarabaginfo.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili çimərlik mövsümünün başa çatması ilə bağlı keçirilən brifinqdə deyib.

O, Xəzər dənizi hövzəsində təhlükəli hesab edilən əraziləri də açıqlayıb.

“Bilgəh qəsəbəsində 12-ci dalan, Şüvəlan ərazisində Mil qaya, Novxanı qəsəbəsində Sarıqaya kifayət qədər təhlükəli ərazi kimi qiymətləndirilib. Burada sualtı axınlar normadan artıqdır, bəzi ərazilərdə qəfləti dərinliklər mövcuddur”, – FHN rəsmisi vurğulayıb.


Geri dön