Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon >  ABŞ-ın “Dwight D. Eisenhower” atom aviadaşıyıcısında qəza baş verib, 4 hərbçi yaralanıb
Ana Sayfa > Karusel / Dünya >  ABŞ-ın “Dwight D. Eisenhower” atom aviadaşıyıcısında qəza baş verib, 4 hərbçi yaralanıb

 ABŞ-ın “Dwight D. Eisenhower” atom aviadaşıyıcısında qəza baş verib, 4 hərbçi yaralanıb


Bu gün, 12:19. Yazar: Admin

 

 

ABŞ-ın “Dwight D. Eisenhower” atom aviadaşıyıcısında qəza baş verib, 4 hərbçi yaralanıb

ABŞ Hərbi Dəniz Qüvvələrinin iki pilotu “Dwight D. Eisenhower” atom aviadaşıyıcısına eniş zamanı katapult edib.

"Associated Press" xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Bildirilib ki, hadisə sentyabrın 28-də Virciniya sahilləri yaxınlığında təyyarənin enişi zamanı baş verib. İki pilotun təyyarənin göyərtəyə enişi zamanı təhlükəsizlik sistemi vasitəsilə təyyarədən katapult olunub və axtarış-xilasetmə qrupları tərəfindən xilas edilərək gəmiyə qaytarılıb.

Hər iki hərbçi hazırda tibbi müayinədən keçirilir.

Hadisə zamanı aviadaşıyıcının göyərtəsində olan 4 hərbçi də xəsarət alıb.

ABŞ Hərbi Dəniz Qüvvələri hadisəni qəza kimi qiymətləndirib. Təyyarənin hansı tipə aid olduğu və qəzanın səbəbi hələlik açıqlanmayıb.


Geri dön