Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > ABŞ-ın strateji neft ehtiyatları 1982-ci ildən bəri minimum səviyyəyə enib
Ana Sayfa > Karusel / İqtisadiyyat > ABŞ-ın strateji neft ehtiyatları 1982-ci ildən bəri minimum səviyyəyə enib

ABŞ-ın strateji neft ehtiyatları 1982-ci ildən bəri minimum səviyyəyə enib


Bu gün, 12:14. Yazar: Admin

ABŞ-ın strateji neft ehtiyatları 1982-ci ildən bəri minimum səviyyəyə enib

ABŞ-ın Strateji Neft Ehtiyatı (SPR) bazarın sabitləşdirilməsi məqsədilə neftin ehtiyatdan buraxılması fonunda son 44 ilin ən aşağı səviyyəsinə düşüb.

“Reuters“ ABŞ Energetika Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.

Məlumata görə, görə, ötən həftə ölkənin Strateji Neft Ehtiyatında xam neft ehtiyatlarının həcmi 283,8 mln. barelə qədər azalıb. Bu, 1982-ci ilin oktyabrından bəri ən aşağı göstəricidir.

Bildirilir ki, ehtiyatların azalması ABŞ-ın SPR-dən 172 mln. barel neftin çıxarılması ilə bağlı razılaşmasının bir hissəsidir.

Məlumata görə, 1975-ci ildə yaradılan Strateji Neft Ehtiyatının ümumi saxlama tutumu 714 mln. bareldir.

Qeyd etmək lazımdır ki, mart ayında ABŞ prezidenti Donald Tramp İranın Hörmüz boğazından neft ixracını məhdudlaşdırmasından sonra ehtiyatdan 172 mln. barel neftin çıxarılmasına göstəriş verib. Bu addım tarixdə xam neft tədarükündə ən böyük pozuntu fonunda atılıb.

ABŞ Energetika Nazirliyinin məlumatına görə, SPR-nin təhlükəsiz fəaliyyətini təmin etmək üçün tələb olunan minimum neft həcmi təxminən 70 mln. bareldir.


Geri dön