Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ermənistan AİK vasitəsilə Rusiyanın məhdudiyyətlərini ləğv etməyə çalışır
Ana Sayfa > Karusel / Region > Ermənistan AİK vasitəsilə Rusiyanın məhdudiyyətlərini ləğv etməyə çalışır

Ermənistan AİK vasitəsilə Rusiyanın məhdudiyyətlərini ləğv etməyə çalışır


Bu gün, 11:58. Yazar: Admin

Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan

 

İrəvan Rusiyanın Ermənistan məhsullarının Avrasiya İqtisadi İttifaqı (Aİİ) bazarına idxalına tətbiq etdiyi məhdudiyyətlərin ticarət maneəsi kimi tanınması və aradan qaldırılması üçün Avrasiya İqtisadi Komissiyasına (AİK) müraciət edib.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan bildirib.

Onun sözlərinə görə, oktyabr ayında AİK-in iclası keçiriləcək və həmin iclasda Rusiyanın Ermənistan məhsullarına tətbiq etdiyi məhdudiyyətlərlə bağlı qərar qəbul ediləcək.

“Biz hesab edirik ki, bu, bir ölkənin digər ölkəyə qarşı yaratdığı maneədir. Aİİ qaydalarına əsasən, bir ölkə digər ölkəyə qarşı bu cür tədbirlər tətbiq edərsə, sonuncu AİK-ə müraciət edə bilər. Komissiya baş verənləri maneə kimi tanıyarsa, həmin dövlət 30 gün ərzində maneələri aradan qaldırmalıdır”, – nazir qeyd edib.


Geri dön