Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Səkkiz ayda əlilliyi olan 9 min şəxsə 376 min reabilitasiya vasitəsi verilib
Ana Sayfa > Karusel / Sosial > Səkkiz ayda əlilliyi olan 9 min şəxsə 376 min reabilitasiya vasitəsi verilib

Səkkiz ayda əlilliyi olan 9 min şəxsə 376 min reabilitasiya vasitəsi verilib


Bu gün, 11:55. Yazar: Admin

Səkkiz ayda əlilliyi olan 9 min şəxsə 376 min reabilitasiya vasitəsi verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi bu ilin yanvar-avqust aylarında əlilliyi olan 9 min şəxsi 376 min reabilitasiya vasitəsi ilə təmin edib.

ƏƏSMN-dən Qarabaginfo.az-a verilən məlumata görə, qeyd olunan reabilitasiya vasitələrindən 1599-u təkərli oturacaq (o cümlədən 27-si mühərrikli təkərli oturacaq), 1230-u aşağı və yuxarı ətraf protezi, 1896-sı əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.

"Həmçinin əlilliyi olan şəxslərə 5385 cüt protez və ortopedik ayaqqabı, 1413 eşitmə aparatı, 152 korset və s. reabilitasiya vasitələri təqdim olunub. Reabilitasiya vasitələrini almaq üçün özlərinin və ya yaxınlarının Bakıya, Agentliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə gəlmək imkanı olmayan əlilliyi olan şəxslərə bu vasitələr evlərinə aparılaraq təqdim olunub",- məlumatda qeyd edilib.


Geri dön