Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > "Azərkosmos" 36 ölkəyə 17 mln. dollardan çox xidmət ixrac edib
Ana Sayfa > Karusel / İqtisadiyyat > "Azərkosmos" 36 ölkəyə 17 mln. dollardan çox xidmət ixrac edib

"Azərkosmos" 36 ölkəyə 17 mln. dollardan çox xidmət ixrac edib


Bu gün, 11:53. Yazar: Admin

"Azərkosmos" 36 ölkəyə 17 mln. dollardan çox xidmət ixrac edib

Bu ilin yanvar-avqust aylarında "Azərkosmos" tərəfindən dünyanın 36 ölkəsindən olan 95-ə yaxın şirkətə ümumilikdə 17,4 milyon ABŞ dolları dəyərində telekommunikasiya xidmətləri göstərilib.

Qarabaginfo.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Bu dövr ərzində formalaşan ümumi gəlirlərin 61 faizini ixrac əməliyyatları təşkil edib. Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 2,8 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,1 milyon ABŞ dolları ilə Lüksemburq, 874,7 min ABŞ dolları ilə Türkiyə, 776,5 min ABŞ dolları ilə Pakistan və 437,2 min ABŞ dolları ilə Tanzaniya qərarlaşıb.


Geri dön