Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Hadisə > FHN: Dənizdə batdığı ehtimal edilən 3 nəfərin axtarışları davam edir
FHN: Dənizdə batdığı ehtimal edilən 3 nəfərin axtarışları davam edirBu gün, 11:52. Yazar: Admin |
|
Bu ilin iyul ayında dənizdə batdığı ehtimal edilən 3 nəfərin axtarışları davam etdirilir. Qarabaginfo.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili çimərlik mövsümünün başa çatması ilə bağlı keçirilən brifinqdə deyib. Bildirilib ki, cari ilin ötən dövrü ərzində FHN-in nəzarət etdiyi çimərlik ərazilərində sudaboğulma halı qeydə alınmayıb. Təhlillərin nəticəsi olaraq qeyd olunub ki, xilasedicilərin çevik müdaxiləsi nəticəsində cari ilin ötən dövründə su hövzələrində xilas edilənlərin ümumi sayı ötən ilin analoji dövrü ilə müqayisədə 31 faiz artaraq 73 nəfərdən 107 nəfərə yüksəlib. Geri dön |