Rusiya Prezidenti Vladimir Putin ölkə Silahlı Qüvvələrinin yeni ştat sayını müəyyən edən fərman imzalayıb.
Yeni fərmana əsasən, Rusiya Silahlı Qüvvələrinin ümumi ştat sayı 2 milyon 441 min 630 nəfər müəyyən edilib. Onlardan 1 milyon 550 min 500 nəfəri hərbi qulluqçu olacaq.
“Vedomosti”nin məlumatına görə, bu göstərici 12 iyun 2026-cı ildə imzalanmış əvvəlki fərmanla müqayisədə 42 500 nəfər çoxdur. Hərbi qulluqçuların sayı isə 40 500 nəfər artırılıb.
Yeni fərmanla əvvəlki sənəd qüvvədən düşmüş hesab edilib.
Rusiya hökumətinə fərmanın icrası üçün zəruri maliyyə vəsaitinin federal büdcədə nəzərdə tutulması tapşırılıb.
